Dəhşətli qəzaya səbəb olan ŞOK DETAL: şlaqbaum niyə OLMAYIB?

Baxış sayı:
2284

Binə qəsəbəsində sərnişin avtobusu ilə qatar toqquşarkən şlaqbaumun açıq olub-olmadığı araşdırılır.
Bu barədə Publika.az-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova məlumat verib.
Onun sözlərinə görə, artıq hadisə ilə bağlı yayılmış görüntülərdə şlaqbaumun olması tam aydın görünmür:
“Yayılan görüntülər barədə rəhbərliyə də məlumat vermişəm. Biz də məsələni araşdırırıq. Ərazidəki kamera görüntülərini Daxili İşlər Nazirliyindən əldə etməyə çalışırıq. Görüntülər əldə ediləndən sonra şlaqbaumun olub-olmadığı daha dəqiq bəlli olacaq. Yalnız bundan sonra məlumat verə bilərik”.