Dəhşətli qəza ilə bağlı AÇIQLAMA

Baxış sayı:
7813

Daxili İşlər Nazirliyi 4 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən qəza ilə bağlı açıqlama yayıb. Muxalifet.az DİN-ə istinadən xəbər verir ki, noyabrın 1-də saat 21 radələrində Siyəzən rayonu ərazisində Xaçmaz şəhər sakini H.İsmayılovun idarə etdiyi “Lada” və Bakı şəhər sakini S.Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə hər 2 sürücü və sərnişinlərdən 30-35 yaşlı 2 qadın hadisə yerində ölmüş, digər 2 sərnişin isə xəstəxanaya yerləşdirilmişdir. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.