​Dəhşətli qəza: 25 nəfər öldü, 30 yaralı

Baxış sayı:
4540

Mərkəzi Amerikadan olan miqrantları daşıyan yük maşını Meksikada qəzaya uğrayıb.
Çyapas ştat prokurorluğu qəza nəticəsində 25 nəfərin öldüyü, təxminən 30 nəfərin yaralandığını açıqlayıb.
Qəza Qvatemalo ilə sərhəd yaxınlığında baş verib. Məlumatda bildirilir ki, miqrantları daşıyan nömrəsiz maşın idarəetməni itirib və yoldan çıxaraq aşıb./Axar.az