​DƏHŞƏTLİ MÜHARİBƏYƏ HAZIRLIQ: Çin minlərlə ƏSGƏR GÖNDƏRİR

Baxış sayı:
12784

Çin ABŞ-ın sanksiya tətbiq etdiyi sektorlar da daxil olmaqla, İrana külli miqdarda sərmayə qoymaq istəyir.
Muxalifet.az
xəbər verir ki, İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərifin avqust ayında Pekin səfəri zamanı İran və Çin arasında 2016-ci ildə imzalanan 25 illik strateji əməkdaşlıq razılaşması yenilənib.
“Petroleum Economist” dərgisi İran Neft Nazirliyindən bir mənbəyə istinadən məlumat verir ki, razılaşma çərçivəsində Çinin zəngin təbii qaynaqlara sahib İrana 400 milyard dollar sərmayə qoyması gözlənilir və bu sərmayə növbəti 5 il ərzində yatırıla bilər.
Dərgidə yer alan hesabata görə, razılaşma ABŞ dolları ilə alış-veriş etmədən neft və qaz sektorunun qlobal balansında potensial maddi itkiyə, hidrokarbon sektorunda isə seysmik itkiyə işarə verir.
Müqavilə çərçivəsində Çinin İranın neft, qaz və petrokimya sektorlarını inkişaf etdirərək 280 milyon dollar, nəqliyyat və infrastrukturun yaxşılaşdırılması üçünsə 120 milyard dollar sərmayə qoyması proqnozlaşdırılır. Həmçinin, Çin İrana enerji və petrokimya layihələrini qorumaq üçün 5 min əsgər yollayacaq. Bunun qarşılığında isə İrandan neft, qaz və kimyəvi məhsulları ən az 12% endirimlə ala biləcək.
Qeyd edək ki, ABŞ-la Çin arasında ticarət müharibəsi davam edir.//Publika