​ DƏHŞƏTLİ MÜHARİBƏNİN ASTANASINDA: Yəmənin paytaxtına hava zərbələri endirildi

Ərəb koalisiyasına məxsus aviasiya Yəmənin paytaxtı Sana şəhərinə hava zərbələri endirib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, iki hava zərbəsi üsyançı husilərin Müdafiə nazirliyinin binasına endirilib.  Ölən və yaralananlar barədə məlumat verilmir.
Yəmənin SABA agentliyinin xəbərinə görə, zərbələr nəticəsində bir neçə yaşayış binasına zərər dəyib. Yəmənin paytaxtı Sana şəhəri üsyançı husilərin nəzarəti altındadır.
Noyabrın 4-də  gün Səudiyyə Ərəbistanının havadan müdafiə sistemləri  Ər-Riyadın şimal-şərq hissəsində ballistik raketi vurublar. Raket hücumu vaxtında dəf edilib, əhali arasında itki qeydə alınmayıb. Raket Yəməndəki üsyançı husilər tərəfindən atılıb.
Yəməndə üsyançı husilər (“Ənsər Allah” hərəkatı), sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar  arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.