​DƏHŞƏTLİ HADİSƏ: Ölmüş atasının meyitini 10 il evində gizlətdi

Baxış sayı:
979

Fransada dəhşətli hadisə baş verib.
Muxalifet.az xəbər verir ki, dünyasını dəyişən xalası oğlunun evinə gedib və onun evdə 10 il əvvəl dünyasını dəyişmiş atasının meyitini gizlətdiyini aşkar edib.
Fransa mətbuatının xəbərinə əsasən, 79 yaşlı Andre Arno adlı fransız atasının meyitini mumiyalayıb və 10 il evində saxlayıb. 79 yaşlı Andrenin ölümündən sonra bu sirr üzə çıxıb.
Hadisə Fransanın şimalındakı Sent-Kuentin şəhərində baş verib. 79 yaşlı Andre bu ilin sentyabr ayında dünyasını dəyişib. Onun ölümündən sonra xalası oğlu hadisənin olduğu evə baş çəkib. O, mənzildə Feliks Arnonun mumiyalanmış meyitini tapıb. Məlum olub ki, Andre 10 il əvvəl atasının ölümünü rəsmi orqanlara bildirməyib. Polis hər iki ölümün təbii səbəbdən baş verdiyini bildirib.