DƏHŞƏTLİ HADİSƏ: Məktəblilər yanan binadan özlərini atırlar - ANBAAN VİDEO

Baxış sayı:
478

Hindistanın qərbində yerləşən Surat şəhərində yerli məktəb binasında baş verən yanğın nəticəsində azı 19 nəfər həlak olub.
Muxalifet.az bu haqda oxu.az-a istinadən xəbər verir.
Hadisə şahidləri binadan qatı tüstünün qalxdığını və içəridə olan bəzi şagirdlərin yanğından qurtulmaq üçün pəncərədən özlərini aşağı atdığını bildirir.
Qurbanların çoxu məktəbin hazırlıq mərkəzində oxuyan yeniyetmələrdir.
Yanğının səbəbi hələ məlum deyil. Rəsmilərin dediyinə görə, binanın mərtəbələrində dam örtüyü tezalışan materialdan olduğundan alov sürətlə yayılıb.
Bundan başqa, azı 20 nəfərin müxtəlif dərəcəli yanıq xəsarətləri aldığı və Qucarat xəstəxanalarına təxliyə olunduğu bildirilir.