DƏHŞƏTLİ HADİSƏ: 100-dən çox məktəbli qız zəhərləndi, 5-nin vəziyyəti ağırdır
12-12-2019 15:41
Baxış sayı:
4009
Türkiyədə yüzdən çox məktəbli qız yataqxanada qazdan zəhərlənib. Muxalifet.az xəbər verir ki, hadisə səhər saatlarında Çorum əyalətinin Osmancık rayonunda baş verib. Qızlardan 5-nin vəziyyəti ağırdır. Fövqəladə Hallar və Təbii Fəlakətlər Agentliyinin əməkdaşları hadisənin baş verdiyi binada araşdırma aparır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çorum qubernatoru Mustafa Çiftçi ilə telefon danışığı apararaq hadisə barədə ətraflı məlumat öyrənib.