DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Rus qırıcıları körpələrin olduğu xəstəxananı bombaladı - ANBAAN VİDEO

Baxış sayı:
919

"New York Times" rus pilotların Suriyada yaralıların saxlandığı xəstəxananı bombaladığı görüntüləri yayımlayıb. Muxalifet.az nytimes.com-a istinadla xəbər verir ki, Rusiya qırıcıları Suriyada xəstəxanaları bombalamağa davam edir. Bir müddət əvvəl "Newyorktimes" rus pilotların səs yazıları və görüntüləri ilə birgə Suriyada mülki şəxslərin qaldığı xəstəxanaların darmadağın edildiyi xəbərini yayımlamışdı. Həmin hadisədən qısa müddət sonra rus qırıcıları yenə xəstəxanalara hücum edib. Mülki şəxslərin olduğu xəstəxanalardan birində təhlükəsizlik kameraları tərəfindən qeyd edilən görüntülərdə bir qırıcı təyyarənin eyni xəstəxananı 3 dəfə bombaladığı görülür. ABŞ xüsusi xidmət orqanları tərəfindən əldə edilən səs yazısında pilotun saat 16:21, 16:27 və 16:39 da hücumu tamamladığına dair dediyi sözlər eşidilir. Təhlükəsizlik kameraları tərəfindən əldə edilən görüntülərdə hər üç vaxtda xəstəxanaya müxtəlif istiqamətlərdən bomba atıldığı görülür. Həmin videonu təqdim edirik. //Yeniavaz