DƏHŞƏTLİ GÖRÜNTÜ: Polis qolları və ayaqları olmayan 15 yaşındakı uşağı yerə yıxıb... - VİDEO

Baxış sayı:
391

ABŞ-ın Arizona əyalətində qolları və ayaqları olmayan 15 yaşındakı uşağı yerə yıxan bir polis məmurunun görüntüləri böyük reaksiyaya səbəb olub. Hadisənin görüntüləri ortaya çıxdıqdan sonra sözügedən polis məmuru inzibati məzuniyyətə buraxılıb.
Muxalifet.az xəbər verir ki, qeydə alınan görüntülərin sentyabrın 26-sında ailəsindən ayrı yaşayan uşaqların qaldığı bir sığınacaqda çəkildiyi bildirilib. 
Məlumata görə, sığınacaqdakı çalışanlar soyadı açıqlanmayan Immanuel adlı uşağın zibil qutusunu aşrdığı və işçilərə qışqırdığı üçün polis çağırıb. 
Qeyd edək ki, sözügedən görüntülərdə sığınacağa gələn polis məmurunun uşağı üzü üstə yerə yıxdığı və söyüş söydüyü görünür.