​Dəhşətli epidemya: Azı 72 nəfər öldü - SOS

Baxış sayı:
3448

Yəməndə difteriya epidemiyasından ölənlərin sayı açıqlanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Dünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Bildirilir ki, 2017-ci ilin avqustundan aşkar edilən xəstəlik nəticəsində ölənlərin sayı 72-yə çatıb. Daha 1193 nəfərdə isə bu epidemiya aşkar edilib.
Epidemiyanın 3 ildir davam edən daxili müharibənin yol açdığı aclıq və yoxsulluq səbəbindən bu səviyyəyə çatdığı bildirilir.