​Dəhşətli avtobus yanğınının səbəbi açıqlandı - Rəsmi

Baxış sayı:
427

Qazaxıstan Daxili İşlər nazirinin müavini Erlan Turqumbayev Aktöbe rayonunda avtobusun yanması səbəbini açıqlayıb.
Muxalifet.az xəbər verir ki, Turqumbayev avtobusda odla ehtiyatsız davranılması səbəbindən məlum faciənin baş verdiyini bildirib.
“Hadisə yerinə baxış keçirildi. Yanğında həlak olanların cənazələri Özbəkistana göndərildi. Orada meyitlər üzərinə baxış keçiriləcək və yaxınlarına təhvil veriləcək. Faciəyə səbəb kimi odla ehtiyatsız davranılması versiyası üzərində dayanmışıq. Belə ki, hadisə yerinə baxış keçirən zaman orada yanacaqdoldurma məntəqələrində istifadə edilən lehim lampası aşkar edilib. Bundan əlavə, avtobusdan 5 litrlik qabla dolu benzin var idi”, - Turqumbayev bildirib.
Xatırladaq ki, Qazaxıstanın Aktöbe vilayətində sərnişin avtobusunun yanması nəticəsində 52 nəfər ölüb.