DƏHŞƏTLİ AÇIQLAMA: “Ona layiq olduğu cəzanı verib, sonra intihar edəcəyəm”

Baxış sayı:
2884

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 1 saylı evdə kirayədə yaşayan çoban Hüseynov Heydər Ənvər oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Məktub müəllifi tanınmış iş adamı Şərurlu İsfəndiyarın bacısı oğlundan şikayətçidir:
“Mən 2015-ci ilin əvvəlindən 2016-cı ilin mayınadək ailəmlə birlikdə Abşeron rayonun Aşağı Güzdək qəsəbəsində iş adamı Şərurlu İsfəndiyara məxsus olan və bu qəsəbədə yerləşən beton və sement zavodunun ərazisindəki mal fermasında işləmişəm. Fermadakı 70 baş mal-qaraya İsfəndiyarın bacısı oğlu Əliyev İlham Qaçay oğlu nəzarət edirdi. Mən və həyat yoldaşım əvvəlcədən razılaşmaya əsasən, onun mal-qarasına gecə-gündüz baxmaqla – otarmaqla, yemləməklə, sağıb pendir tutub təhvil verməklə və s. işlərə görə əmək haqqı olaraq ayda cəmi 300 manat almalı idik. Düz bir il dörd ay işləsək də, İlham hər dəfə bir bəhanə ilə bizə pul vermirdi. Deyirdi ki, siz işləyin, axırda topa pul verəcəyəm. Biz isə ailəvi bir aya 300 manat həsrətilə qul kimi bu cür ağır işdə işləyirdik.
Son vaxtlar pul istədikdə İlham əsəbiləşir və bizi mütəmadi təhqirlər etməyə başlayırdı.Eyni zamanda hədə-qorxu gəlirdi. 3 balaca məktəb yaşlı uşağımızı ac-susuz məktəbə göndərirdim. İlhamın süründürməçiliyindən bezib əvvəlcə onun ata və anasının yanına getdik ki, oğluna bizim zəhməthaqqı ilə bağlı bir söz desinlər. Onlar da söz verdilər ki, “nə danışırsan, elə şey olarmı ki, sənin haqqın çatmaya, biz hacılarıq, narahat olma pulunu verərlər”. Lakin bunun da xeyri olmadı. Mən Şərurlu İsfəndiyarın qəbulunda oldum və bacısıoğlu İlhamın hərəkətlərindən şikayət etdim. O, əvvəlcə harasa zəng etdi. Və dedi ki, görürsüzmü, mənimim də telefonumu götürmür, mən onu qovmuşam, gedin hara istəyirsiz şikayət edin. Mən də Abşeron Polis İdarəsinə şikayət etdim. Onlar da Aşağı Güzdək sahə müvəkkili İqbala tapşırdılar. İqbal da əvvəl söz verdi ki, narahat olma, pulunu alıb verərik. Sonra nə oldusa İqbal fikrindən daşındı.
2016-cı ilin mayın sonunda İlham qəzəbli formada evimizə gəlib həyətdə xəstə həyat yoldaşımı və məni təhqir etməyə, hədə-qorxu gəlməyə başladı. O, üç balaca övladımın gözü qabağında həyat byoldaşımı nalayiq küçə söyüşlərilə təhqir etdi. Mən onun qabağını kəsib “danışığına fikir ver” deyə qışqıranda, o, ağzımın üstündən yumruq zərbəsi vurdu. Ağzımın qanı axdığını görüb yoldaşımın vəziyyəti pisləşdi. Təcili yardım çağırdıq. Ağzından spirt iyi gələn İlham isə bizə əhəmiyyət vermədi və qışıqırdı ki, gedin hara istəyirsiniz şikayət edin, heç kimdən qorxmuram.
Mən dəflərlə Abşeron Rayon Polisinə və Prokurorluğuna və yuxarı instansiyalara şikayətlər etdim. Bu günədək heç bir xeyri olmayıb. Heç bir rəsmi cavab vermirlər. İlham isə hər yerdə dayısı Şərurlu İsfəndiyarın adından istifadə edib, verdiyimiz şikayətlərin qabağını alır. Hətta bu azmış kimi, mənə qarşı şər-böhtan kampaniyası təşkil edir. Belə ki, beton zavodda adicə mühafizəçi kimi çalışdığım vaxt - 2017-ci ilin martın 6-da obyektdə olan 3 ədəd suvarka aparatını qara rəngli VAZ 2107 avtomobili ilə gəlib oğurlayıb aparıb ki, mənə cinayət işi açsınlar. Oğurluq zamanı iti də vurub öldürmüşdü. Sonra görmüşdü ki, şərləməsi baş tutmadı, martın 12-də axşam saat 9-da həmin 3 aparatı taksilə obyektə geri göndərmişdir.
Bu Allahsız adam mənim ondan alacağım 4300 manat pulu istəməməyim üçün hər bir alçaq hərəkətə əl atmağa hazırdır. Bu adamın 2 fermada 1000 baş qoyunu və 70 baş mal-qarası var. Bakıda 3 evi, bahalı avtomobilləri və şəhərin müxtəlif yerlərində ət dükanları var. Son olaraq bu nəticəyə gəldim ki, biz ailəvi olaraq onun mal-qarasına baxdıq, yəni ac-susuz onun heyvanlarının qulluğunda durduq və yaxşılıqdan başqa hər hansı pisliyimiz dəymədi. O isə əvəzində erməninin, yezdi kürdünün müsəlmana etmədiyini etdi.
Biz azərbaycanlılara qarşı İlhamın törətdiyi bu vəhşi davranışı hələ də tam anlaya bilmirəm. Qərara gəlmişəm ki, hökuməti təmsil edən orqanlar mənim bu məsələmdə qanunvericiliyin tələblərini vicdansızcasına yerinə yetirmək istəməslər, o zaman vətəndaşlıqdan imtina edib rədd olub bu ölkəni tərk edəcəyəm. Və bir də İlham adlı dəlduz mənim həyətimə hücum etsə, onun arxalandığı köpəklərin kimliyinə baxmayaraq, layiq olduğu cəzanı verib, sonra intihar edəcəyəm. Çünki mənim bu haramzadanın dədəsinə, arvadına və uşağına heç vaxt borcum olmayıb. Onun borcu var və qaytarsın”.
 
Muxalifet.az
 
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.