DƏHŞƏT: Su kəmərinə görə əhali polislə əlbəyaxaya çıxdı - ŞOK VİDEO

Baxış sayı:
7972

Dağıstanın Meusişa kəndinin sakinləri su təchizatı sisteminin inşasına kütləvi etiraz olaraq aksiya keçirib. 
Muxalifet.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə "Kafkazskiy uzel" portalı məlumat yayıb. 
Kəndin başçısı Musabek Musabekov bildirib ki, kənd sakinləri inşaat işlərinin aparıldığı yerdə aksiya keçirib. 
Təhlükəsizlik qüvvələri aksiya iştirakçılarını dəyənəklərlə dağıdıb.
Videodan görünür ki, hüquq-mühafizə orqanlarının hərəkətləri nəticəsində qadınlar da daxil olmaqla, bir neçə nəfər yaralanıb.
Qeyd edək ki, kənddə etirazlar oktyabrın əvvəlindən başlayıb.
Yerli sakinlər qonşu Urkarah kəndinə su verilməsinin əleyhinədirlər.
Sakinlər narahatdır ki, tikinti 150 hektar meşə, otlaq və ot sahələrinə girişi məhdudlaşdıracaq.