DƏHŞƏT: Şəmkir sakini evini, arvadını, oğlunu, gəlinini və nəvəsini yandırdı

Baxış sayı:
2716

Şəmkirdə kişi yaşadığı evi yandırıb.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə rayonun Seyfəli kəndində baş verib.

Məlumata görə, kənd sakini, 1961-ci il təvəllüdlü Yaqubov Vəli Əkbər oğluna məxsus, 200 kvadratmetr sahəsi olan 5 otaqlı evdə baş verən yanğın zamanı ev sahibinin həyat yoldaşı - 1966-cı il təvəllüdlü Yaqubova Nüşabə, oğlu - 1988-ci il təvəllüdlü Vəliyev Əkbər, gəlini - 1988-ci il təvəllüdlü Vəliyeva Nərgiz və 4 yaşlı nəvəsi Banu yanıq xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar. V.Əkbər, V. Nərgiz və azyaşlı övladlarının vəziyyəti ağır olduğundan reanimasiyaya yerləşdiriliblər.

Hadisə yerinə FHN-in Şəmkir Yanğından Mühafizə hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın tez bir zamanda söndürülüb.

İlkin məlumata görə, evi sahibi V. Yaqubov ailə münaqişəsi zəminində qəsdən yandırıb.

Faktla bağlı araşdırma aparılır.