DƏHŞƏT: Minik avtomobili metro stansiyasının vestibülünə çırpıldı - ÖLƏNLƏR VƏ YARALANANLAR VAR

Baxış sayı:
3523

Rusiyanın paytaxtı Moskvada minik avtomobilinin metro stansiyasının vestibülünə çarpılması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb. “RİA Novosti" xəbər verir ki, bunu yerli Fövqəladə Hallar Xidmətinin nümayəndəsi bildirib. Hadisə paytaxtın şimalında yerləşən Mərkəzi Dairəvi “Okrujnaya” stansiyasında baş verib. Avtomobildə 5 nəfər olub. Hadisənin səbəbi araşdırılır.