Dəhşətə gətirən hesabat! Əsəd sobalarda 6 min adam yandırıb

Baxış sayı:
4732

Birləşmiş Millətlər Təşkilatının himayəsi altında fəaliyyət göstərən Suriya Hüquq Komissiyası öz hesabatında, bir dəhşəti ortaya qoyub. Hesabatda Əsəd rejiminin sobada 6 min adam yandırdığı qeyd olunub.
 
Suriyada insanlığa qarşı cinayətlər yaşanır. Əsəd işgəncələrə məruz qaldıqdan sonra Harasta və Teşreen Hərbi Xəstəxanalarının krematoriyalarında saxlanan müxalifləri yandıraraq məhv edib. Hesabatda, rejimin Şamın Əl-Mezzeh Hərbi Xəstəxanasında məhbuslara ağır işgəncə verildiyi qeyd olunub. Şahidlərin verdiyi məlumata əsasən, xəstəxananın bir hissəsi insan ölümxanasına çevrilib. Həbs olunduqdan sonra yoxa çıxan insanlar işgəncələrlə öldürüldükdən sonra Harasta və Teşreen Hərbi Xəstəxanalarındakı krematoriyalarına daşınıblar. Hər həftə təxminən 70 nəfər krematoriyalarda yandırılaraq yox edilib.
Müxalifət.az