DƏHŞƏT: Azərbaycanda sürücü “Hummer”ə və özünə od vurdu - Cərimə meydançasında

Baxış sayı:
9339

Şəmkir rayon Dövlət Yol Polisinin cərmə meydançasında sürücü idarə etdiyi "Hummer" markalı avtomobilini və özünü yandırıb.
Muxalifet.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə nəticəsində cərimə meydançasında olan "VAZ 21 011" markalı avtomobil də alışıb. 
İlkin məlumatlara görə xəsarət alan şəxs Gəncədə yerləşən özəl xəstəxanalardan birinə gətirilib vəziyyətinin ağır olduğu deyilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil
Xəsarət alan şəxsin adı Həsənov Fuad Aydın oğludur. O. Şəmkir rayon sakinidir.