​DƏHŞƏT: 10 yaşlı oğlan "Kamaz"ın altında qaldı

Baxış sayı:
2773

Salyan rayonunda yük maşını velosiped sürən 10 yaşlı oğlanı vurub öldürüb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, rayonun Xıdırlı kəndi ərazisində “Kamaz” markalı yük maşını yolda velosipedlə hərəkətdə olan 2008-ci il təvəllüdlü oğlanı vurub. Ağır xəsarət alan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.