​DGK sədri Tovuza gedir: vətəndaşlarla görüşəcək

Baxış sayı:
4801

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev mayın 29-da saat 11:00-da Tovuz şəhərində, Tovuz Gömrük İdarəsinin inzibati binasında (Mərdan Musayev küçəsi, 2) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Muxalifet.az-a bildirilib ki, qəbul zamanı Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonları sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar mayın 28-i saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Tovuz Gömrük İdarəsi (əlaqə telefonu: (022) 315-30-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.