"Dəfələrlə İcra Hakimiyyətinə şikayət etmişik..." - GİLEY

Baxış sayı:
20287

Ağstafa rayonunun Aşağı Kəsəmən və Həsənsu kəndlərində bir müddətdir içməli su probleminin yaşandığı bildirilir.
Bu barədə yerli sakinlər giley edirlər. Onların sözlərinə görə, 2 aydır ki, suvarma suyu da azalıb, bostanlar, əkin yerləri susuzluqdan ziyan görüb.
"Quyular tam işləmir, bostanlar susuzluqdan quruyub. Su daşımaqdan yorulmuşuq. Su da elə belə kəsilməyib, icra nümayəndəsinin təsərrüfatına gedir. Dəfələrlə İcra Hakimiyyətinə şikayət etmişik, səsimizi eşidən yoxdur", - deyə yerli sakinlərdən biri söyləyib.
Sakinlərin vurğulamasına görə, su borularının bəziləri kəsilib, onlar məcbur olub, özləri su daşımalı olurlar.Onların deməsinə görə, bu da yerli məmurların maraqları üzündən baş verib./dia.az