"Deyirlər ki, mənə pul verib, susdurdular" - Nazpərinin qardaşı qızı

Baxış sayı:
6592

"Məni qınayan insanlara demək istəyirəm: Başqasının günahını, eybini açmağın günah olduğunu mən də bilirəm. Əgər canınız mənimki qədər yansaydı, haqq verərdiniz".
Muxalifet.az-ın məlumatına görə, bu sözləri Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı Ağalar Dostəliyevin qeyri-rəsmi nikahdan olan qızı Pərvanə yazıb.
O bir çoxlarının onu bibisi Nazpəridən pul almaqda günahlandırdığını qeyd edib.
"Bizi yıxan, yerdən-yerə vuran insanların ciyəri beş manat etməz. Anamın və özümün qisasımı almaq məcburiyyətində idim. Bəzi insanlar elə düşünür ki, Nazpəri mənə pul verib, susdurub. Məni Allah da susdura bilməz. 6 yaşındakı Pərvanənin qisasını aldım. Onların pulları mənə lazım deyil. Anamı bədbəxt etdilər, atdılar bir kənara. Hər kəs etdiyinin günahını ödəməlidir. Əgər kiməsə pislik etmişəmsə, çıxsın qarşıma. Bütün günahlarımımn bədəlini ödəməyə hazıram".
Qeyd edək ki, Pərvanə 6 yaşında atasının ona təcavüz etdiyini iddia edib./azxeber