“Deyir ki, Yardımlının prezidenti mənəm, get hara istəyirsən şikayət et” – QARABAĞ DÖYÜŞÇÜSÜNDƏN PREZİDENTƏ MÜRACİƏT

Baxış sayı:
10006

Yardımlı rayonu, Hamarkənd kəndində yaşayan Adışov Himayət Balaş oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə və digər yetkili orqanların rəhbərlərinə müraciət edən şikayətçi yazır: “Mən uzun müddətdir ki, çoxuşaqlı ailəmlə birlikdə Yardımlı rayonun Hamarkənd kəndində yaşayıram. Əfqanısatn və I Qarabağ Müharibəsi veteranıyam. 1988-1994-cü ilə qədər müstəqil dövlətimizin qurulmasında və onun müdafiə olunmasında yaxından iştirak etmişəm. Yardım batalyon komandiri kimi məsul vəzifədə çalışmış və regionda baş verə biləcək istənilən xaosun qarşısını vaxtında almışıq. İxtisasca sürücü olmuşam və bu peşəyə ömrümü həsr etmişəm. Sonuncu iş yerim 2006-2015-ci illərdə “Yardımlı Şərab” ASC-yə məxsus KAMAZ markalı, 65AC 026 dövlət nömrə nişanlı yük avtomobilini aylıq icarə müqaviləsi əsasında idarə etmişəm. Qeyd edim ki, “Yardımlı Şərab” ASC İdarə Heyətinin sədri xanım Nurəngiz Rzayeva olsa da, Cəmiyyətin bütün işlərini onun adından etibarnamə olmadan həyat yoldaşı olan və hazırda da Sırıq kənd icra nümayəndəsinin müavini vəzifəsində işləyən əri Hamlet İsgəndərov həyata keçirmişdir. Belə ki, ASC-yə məxsus olan 40-a yaxın yük avtomobili və traktorları ayrı-ayrı vətəndaşlara aylıq 300-350 manata icarəyə versə də, sənədləşdirəndə 100 manat kimi qeyd edir və vergidən külli-miqdarda yayınırdı. Bütün illər ərzində ASC sədri Nurəngiz xanımın və sürücülərin əvəzinə şəxsən özü imzalar ataraq icarə müqavilələrini sənədləşdiridi( Xəttişünaslıq ekspertizası bu sənəd saxtakarlığı barədə asanlıqla rəy verə bilər). ASC-yə məxsus 40-a yaxın avtomobil və traktor texnikasının hamısını sonradan icarəyə verdiyi şəxslərə sataraq qanunsuz olaraq özəlləşdirmişdir. Mənim rayon mühafizə orqanlarına etdiyim şikayətlərdən sonra H.isgəndərov notariusa gedib və arxa tarixlə, guya 2007-ci ildə ASC sədri olan arvadının adından saxta etibarnamə təşkil etmişdir. ASC-nin balansında olan və hektarlarla torpaq mülkiyyəti olan sahəni 2005-ci ildə o vaxtkı rayon rəhbərliyinin göstərişilə “su qiymətinə” özəlləşdirirərək, digər səhmdarları pay almaqdan məhrum etmişdir. Məslən, ASC-yə məxsus 10-16 ədəd 1000 tonlarla tutumu olan əlvan metaldan hazırlanmış çaxır çənlərinin hamısını kustar üsulla hissələrə doğratdıraraq metallom kimi satıb, külli-miqdarda qanunsuz gəlir əldə etmişdir. Halbuki, belə irihəcmli əlvan metaldan hazırlanmış çaxır çənlərinin məhv edilməsi üçün əsas da olmamışdır. Yəni, belə inventarların məhv edilməsi üçün tərtib edilmiş silinmə AKTlarının hamısı formal hazırlanmışdır. Çünki, belə materialdan hazırlanan mal-materialın müddəti olmur. ASC-yə məxsus digər mal-materiallar olan iri həcmli mühərrikləri, böyük dəyirmanı, su avtomobillərini, traktorları ASC-yə aid olmayan kənar şəxslərə nağd pula sataraq mənimsəmişdir. Və sənədləşmə zamanı heç bir bank əməliyyatı aparılmayıb. Məslən, KAMAZ 5511 markalı avtomobilə görə Fəxrəddin Əkbərov adlı sürücüdən 700 manat alıb, banka köçürüb. Buna baxmayaraq, aylıq pul da alıb cibinə qoyub. Və sonda 7000 AZN pul aldıqdan sonra avtomobili onun adına sənədləşdirib. Digər KAMAZı isə rayon Yol İdarəsinə sənədsiz satıb(Növbət adlı sürücü ilə birlikdə). ASC-yə məxsus bütün əmlakları dədə malı kimi satıb qurtardıqdan sonra isə balansda olan hektarlarla torpaq sahəsini doğma qardaşına satmışdır. Halbuki bu açıq ərazi 400-500 nəfərlik mitinq və toplantılar üçün nəzərdə tutulmuşdur. Yəni dövlət əmlakı kimi satılması qadağan idi. Sırıq kənd İcra nümayəndəsinin müavini vəzifəsində işləyən H.İsgəndərov ASC-nin bütün daşınar və daşınmaz əmlaklarını satıb talamaqla 15-20 milyon manata qədər gəlir əldə etmiş və əsassız varlanmışdır. O, bu pulların bir hissəsini rayondakı himayədarlarına vermiş, qalanına isə özünə paytaxtada və rayonda çoxsaylı daşınmaz əmlaklar almışdır. Halbuki bu şəxsin maaşı 400 manat olmuşdur. Mən ondan 2006-2015-ci illər ərzində idarə etdiyim KAMAZ 5511 markalı avtomobili adıma sənədləşdirməsinə görə 4600 manat nağd pulu “Bank of Baku”dan kredit götürüb şahidlərin yanında versəm də, o sonradan bu avtomobili Fəxrəddin Canaliyevə 12000 manata 2015-ci ildə satıb mənimsəmişdir. Mənim verdiyim pulu isə qaytarmır. Qeyd edir ki, mən Yardımlı rayonunun prezidentiyəm, get hara istəyirsən şikayət et, sənin verdiyin 4600 manat əvəzinə, lazım olan adamlara yeri gəlsə 46000 manat verib işi bağlatdıracağam, amma sənə bir qəpik də qaytarmayacağam. Həqiqətən də mənim H.İsgəndərovun vəzifə səlahiyyəti çatmadığı halda ASC adından məndən dələduzluq yolu ilə aldığı pulu qaytarması üçün həm yerli polis və prokurorluğa, həm də dəflərlə 102 xidmətinə etdiyim şikayətlər araşdırldıqdan sonar, H.İsgəndərovun dediyi kimi, Yardımlı rayon Polis Şöbəsinin baş müstəntiqi, polis mayoru Fuad Rzayevin formal və əsassız araşdırması ilə 04 aprel 2018-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” QƏRAR vermişdir. Baxmayaraq ki. Poisə 2007-2015-ci illər üzrə hər ay üçün bağladığım və ödədiyim aylıq qəbzlərin surətlərini təqdim etsəm də, o qərarında H.İsgəndərovun yalan izahatına uyğun qərar qəbul etmişdir. Verdiyim şikayət üzrə araşdırma demək olar ki, qısa və formal aparılmışdır. Hesab edirəm ki, bu qərar ləğv edilməli və H.İsgəndərovun ASC-də törətdiyi bütün qanunpozuntusu halları detalları ilə, şahidlərin cəlb edilməsi və sənədlər üzrə araşdılaraq dövlətə vürülmüş külli-miqdarda ziyan dəqiqləşməli və hüquqi qiymətini almalıdır. Yardımlı rayon Polis və Prokurorluğunda mənə rəsmən bildirirlər ki, məsələ mülki olduğundan get məhkəməyə müraciət et. Rayon Məhkəməsində isə bildirdilər ki, sənin şikayətin məhkəməlik yox, Baş Prokurorluğun səlahiyyəti daxilində həll edilməlidir. Odur ki, yuxarı orqanlara keçmiş Əfqan və Qarabağ döyüşçüsü, bir batalyon komandiri kimi Prezidentə müraciət edirəm. Cənab Prezident! Sizin adınızdan süi-istifadə edən dövlət qulluqçusu Hamlet İsgəndərovun son illərdə “Yardımlı-Şərab” ASC-də arvadı Nurəngizin adından heç bir səlahiyyəti olmadığı halda dövlətə və səhmdarlara məxsus külli-miqdarda daşınar və daşınmaz əmlakları talan edib. Vəzifə saxtakarlığı, sənəd saxtakarığı, dələduzluq edərək milyonlarla manat “çirkli” pullar qazanmış Yardımlı rayon Sırıq kənd icra nümayəndəsinin müavini olmuş Hamlet İsgəndərovun mənə və dövlətə vurduğu külli-miqdarda ziyanın miqyası hesablanaraq, qanunazidd əməllərinə hüquqi qiymətin verilməsi barədə aidiyyatı qurumlara göstəriş verməyinizi xahiş edir və əvvəlcədən təşəkkürümü bildiriəm”. Muxalifet.az Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.