​Deyir ki, sən Atatürkün düşmənisən... - Çavuşoğlu

Baxış sayı:
6649

Biz Atatürkə qarşı deyilik, onun prinsiplərini qəbul edirik, Atatürkün cümhuriyyəti yarandıqdan sonra ortaya qoyduğu hədəflərə çatmaq üçün gecə-gündüz çalışırıq.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu CHP-nin AKP hökumətini tənqid etməsinə münasibət bildirərkən deyib.
Atatürkün heç kimin inhisarında olmadığını qeyd edən Çavuşoğlu kimlərə qarşı olduqlarını açıqlayıb:
"Biz kimin əleyhinəyik bilirsinizmi? - Heç bir iş görməyən, yatan, gəzən, Atatürkdən istifadə edən parazitlərə qarşıyıq. Tənqid edirsən, deyir ki, sən Atatürkün düşmənisən. Mən niyə Atatürkün düşməni olum ki? Mən səni yerinə yetirmədiyin vəzifələrdən dolayı tənqid edirəm, sənin ədalətini tənqid edirəm. Onsuz da Atatürkə də ən çox zərər verən bu tiplərdir".