“DEYİR Kİ, “BANDOTDEL” MƏNİ SAXLADI, CİBİ DOLU PULLA AZAD ETDİ” - Göyçaylı sahibkarlar onlardan hədə-qorxu ilə pul tələb edən Səbuhi Qulyevdən şikayətçidir / VİDEO, FOTOLAR

Baxış sayı:
6859

Göyçay rayonu, Qaraməryəm kənd sakinləri tərəfindən Muxalifet.az-ın redaksiyasına  müraciət daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Vilayət Eyvazova və DTX rəisi Əli Nağıyevə müraciət ünvanlayan sakinlərin məktubunu olduğu kimi dərc edirik:
“Biz, Göyçay rayon Qaraməryəm kənd sakinləri, dinc insanları şantaj edən, hədə-qorxu ilə sahibkarlardan pul tələb edən Quliyev Səbuhi Fəxrəddin oğlunun qanuni qaydada cəzalandırlmasını tələb edirik. Bu adam barəsində heç bir ölçü götürülmür ki, nəticədə də cəzasızlıqdan daha da azğınlaşıb, insanları şantaja məruz qoyub. Artıq kənd camaatı ayağa qalxıb, aidiyyatı orqanlara birgə müraciətlər etmişik və nəticəni gözləyirik.
Göyçay rayonu Qaraməryəm kənd sakini olan Quliyev Səbuhi Fəxrəddin oğlu müftə yolla pul əldə etmək üçün insanları şantaj etməyi, hədə-qorxu ilə tələb etməyi özünə peşə edib. Sahibkarlardan hədə-qorxu ilə pul tələb edir. Pul verməyən şəxsin özü və ailəsi barədə sosial şəbəkədə nalayiq söyüşlər, aıçaldıcı sözlər yazıb, şərəf və ləyaqətini alçaldıb, şantaja məruz qoyur.
03 aprel 2020-ci il tarixdə Səbuhi Quliyev özünü Qasımov Fuad Nazim oğluna məxsus avtomobilin dayanmış şəkildə altına ataraq yerdə yumalanmış və bu barədə polisə şikayət etmişdir. O, şikayətində göstərmişdir ki, guya Fuad Qasımov avtomobillə vuraraq ona xəsarət yetirmişdir, nəticədə qolu, barmaqları sınmışdır. Həmçinin göstərmişdir ki, onu 5-6 nəfər vəhşicəsinə döymüş, onu tüfənglə atıb öldürəcəyi ilə hədələyirlər.
Dinc insanların ailəsini sosial şəbəkədə şantaj etməsindən qəzəblənmiş kənd camaatının şikayətindən qorxuya düşən Səbuhi Quliyev bu səhnəni qurmuşdur. Onun qolu və barmaqları sınmayıb, tam yalandır.
Həmin vaxt orada olan şahidlər və müşahidə kameraları subut edir ki, Səbuhi Quliyev özünü dayanmış avtomobilin altına ataraq, yerdə yumalanmışdır.
Səbuhi Quliyevin şantajlarından, hədə-qorxusundan cana yığılmış kənd sakinləri həmin günü ayağa qaxıb Göyçay Rayon Polis şöbəsinə gedib, qanuni qaydada araşdırma aparıb, ciddi tədbirlər görülməsini tələb etdilər. Həmçinin 100-dən çox vətəndaşın imzası ilə mərkəzi orqanlara şikayət ərizələri göndərdib, Səbuhi Quliyevin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişik. Səbuhi Quliyev dəfələrlə camaata açıq-aşkar deyib ki, siz bilmirsiniz, polis mənə heç nə etməyəcək. Mən özüm yol polislərinə tapşırıram ki, Qaraməryəmdən kimi  sərxoş tutsanız mənimlə əlaqə saxlayın, həmin şəxs mənimlə danışıb razılaşsın, bundan sonra onu buraxın. Həmçinin Səbuhi Quliyev tez-tez deyir ki, mən həmin adamam ki, “Bandotdel” məni həbs etdi, cibi dolu pulla həbsdən azad etdi. 
Qeyd edək ki, Səbuhi Quliyev dəfələrlə məhkum olunub. Axrıncı dəfə narkotik maddə satışına görə məhkum olunmuşdur.
Qaraməryəm kənd sakinləri hazırda çox qəzəbli vəziyyətdədirlər. Hüquq mühafizə orqanları buna göz yummamalı, təcili ciddi tədbirlər görülməlidir.
Biz mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova, Daxili İşlər Naziri cənab Vilayət Eyvazova və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə müraciət ünvanlayıb, xahiş edirik ki, dinc insanlara, sahibkarlara hədə-qorxu gəlib, şantaj yolu ilə onlardan pul tələb edən Quliyev Səbuhi Fəxrəddin oğlunun əməllərini araşdırıb, barəsidnə cinayət işinin açılıb, qanuni tədbirlər görülməsinə tapşırıq verəsiniz.
Biz prezidentə, hüquq mühafizə orqanlarına inanırıq, qanunlarımızı həmişə ali tuturuq. İnanırıq ki, hazırda Göyçay Rayon Polis Şöbəsində olan şikayət ərizəmiz obyektiv araşdırılacaq, hədə-qorxu ilə pul tələb edən Quliyev Səbuhi Fəxrəddin oğlu cinayət məsuliyyətinə cəlb ediləcək”.
Qeyd edək ki, müraciətə Göyçay rayonu, Qaraməryəm kəndinin aşağıdakı sakinləri imza atıb:
Hüseynli Teyyub Həşim oğlu;
Qasımov Fuad  Nazim oğlu;
Fərəcullayev İlkin Cəbrayıl oğlu;
Qasımov Nazim Mürsəl oğlu;
Xəlilov Ceyhun Xəlil oğlu;
Abdullayev  İntiqam Səhliyar oğlu.

 


Muxalifet.az
Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.