Deputatlığa namizədlər yenidən etiraz aksiyası keçirib – VİDEO

Baxış sayı:
2977

Bu gün bir qrup depuatlığa namizəd Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısında etiraz aksiyası keçirib.

Bizimyol.info xəbər verir ki, deputatlığa namizədlər Xalid Bağırov və Bəxtiyar Hacıyevin sözlərinə görə, seçki dairəsində səsvermə ciddi qanun pozuntuları şəratində keçib. Onlar saxtalaşdırmalar haqqında şikayətlərinə cavab tələb ediblər.

Polis dəstələri deputatlığa namizədlərdən və jurnalistlərdən ibarət qrupu MSK binasından uzaqlaşdıraraq, onların binaya girməsinə imkan verməyib.

Polis etiraz aksiyasının qanunsuz olduğunu bildirib. "Bizim tələblərimiz ədalətlidir və MSK şikayətlərimizə cavab vermək məcburiyyətindədir",-deyə deputatlığa namizəd Xalid Bağırov jurnalistlərə bildirib

Xatırladaq ki, saat 16-da MSK-nın növbəti iclası başlayıb. MSK daha bir neçə dairədə nəticələri yoxlanılması üçün DSK-lara göndərib. Belə ki, 86 saylı İsmayıllı, 66 saylı Biləsuvar, 10 saylı Binəqədi üçüncü, 9 saylı Binəqədi ikinci seçki dairələrində saxtalaşdırmalar haqqında şikayətlərin yoxlanılması üçün DSK-lara göndərilməsi haqqında qərar qəbul edib.