Deputatların, hakimlərin və Ombudsmanın maaşlarının artırılması təklif olunur –Yeni təklif
2-05-2018 17:13
Baxış sayı:
5498
Milli Məclisin mayın 4-də keçiriləcək iclasının gündəliyinə 4 məsələ əlavə edilib.
APA-nın məlumatına görə, bununla gündəlikdəki məsələrin sayı 23 olub. Əlavə olunan məsələlər Ombudsmanın, Konstitutsiya məhkəməsi hakimlərinin, məhkəmə hakimlərinin fəaliyyəti və deputatların statusu ilə bağlı qanunlara dəyişikliklərdir. Layihələrdə Ombudsmanın, qeyd olunan məhkəmə hakimlərinin və deputatların əmək haqlarının 10 faiz artırılması təklif olunur.