Deputatların danışıqları dinləniləcək: qanun layihəsi hazırlandı

Baxış sayı:
14572

Ukrayna Ali Radasının Hüquq-mühafizə orqanları ilə iş məsələləri komitəsi Prezident Vladimir Zelenski tərəfindən təqdim olunan, deputatların dinlənilməsinə dair qanun layihəsini qəbul edərək sessiyanın müzakirəsinə göndərib.

AzərTAc xəbər verir ki, qanun layihəsi deputatların dinlənilməsinin texniki-hüquqi tərəflərini müəyyən edir. Bundan başqa, qanun layihəsinə əsasən Milli Antikorrupsiya Bürosu və Dövlət Təhqiqat Bürosuna gizli istintaq və axtarış tədbirləri çərçivəsində telekommunikasiya nəqliyyat şəbəkələrindən məlumatları müstəqil silmək hüququ verilməsi planlaşdırılır.

Qanun layihəsi Ali Radanın yaxın vaxtlarda keçiriləcək sessiyasında müzakirəyə çıxarılacaq.