​Deputatlarımız Gürcüstandakı seçkiləri müşahidə edəcək

Baxış sayı:
247

Mili Məclisin üzvləri oktyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə Milli Məclisin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əflatun Amaşov deyib.
Onun sözlərinə görə, azərbaycanlı deputatların Gürcüstana müşahidəçi kimi göndərilməsi məsələsi ilə bağlı hazırda məsləhətləşmələr aparılır.
Qeyd edək ki, qonşu ölkədəki prezident seçkilərini Azərbaycanın Mərkəzi Seçki Komissiyasının 4 nəfərdən ibarət nümayəndə heyəti də izləyəcək.