Deputatlar koronavirus pandemiyası ilə əlaqədar analiz veriblər

Baxış sayı:
960

Bu gün Milli Məclisin deputatları koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar analiz veriblər.

Muxalifet.az xəbər verir ki, bu barədə modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.

V.Əhmədov laborator nəticələrin nə vaxt açıqlanacağı barədə məlumatsız olduğunu deyib:

“Ayın 30-da iclasdı. Yəqin ki, o vaxtadək açıqlanacaq”.

Parlamentari ümumilikdə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən elan edilən xüsusi karantin rejiminə ciddi əməl etdiyini bildirib:

“Biz hamımız qadağalara əməl etməliyik ki, ölkə olaraq, bu bəladan tez bir zamanda qurtulaq”.

Qeyd edək ki, plenar iclas martın 30-da səhər saat 11-də öz işinə başlayacaq.