Deputatlar həyacan təbili çalır - CİNSİ TƏCAVÜZ HALLARI SÜRƏTLƏ ARTIR

Baxış sayı:
3280

Böyük Britaniyada gənc qızlar və qadınlar ictimai yerlərdə tez-tez cinsi təcavüzə məruz qalırlar. Bunu Böyük Britaniya parlamentinin qadın haqqları və azadlıqları komitəsinin hesabatı da sübut edir.

Cinsi təcavüzün yayılmış formaları arasında - küçədə fitə basmaq, ədəbsiz rəylər, ictimai nəqliyyatdakı basabasda əl hərəkətləri etmək, ətək geymiş qadının şəklini aşağıdan icazəsiz çəkmək (upskirting), universitetlərdə işçi heyəti və tələbələr tərəfindən cinsi zorakılığa qədər var.

Hesabat müəllifləri çox vaxt qızlara məktəb yaşlarından təcavüz edildiyini yazırlar.

"Mənim 12 yaşlı qızımı fahişə adlandırdılar"

BBC-nin həmsöhbəti Sarah danışır ki, onun 12 yaşlı qızı məktəb avtobusunda təcavüzün qurbanı olub: oğlanlar onu oturduğu yerdən itələyiblər, üzünə tüpürərək onu fahişə adlandırıblar.

Sarah bu insident barədə məlumat verdikdən sonra məktəb tədbir görüb. Onun sözlərinə görə, bu cür davranışların adi hal almaması üçün bununla bağlı mübarizə aparmağın vaxtı çoxdan çatıb.

"Hər şey oğlanlarla qızlar arasında zarafatdan başlayır, sonra isə bu, daha ciddi vəziyyət alır.

Oğlanlar fikirləşirlər ki, onlara qızlarla belə rəftar etməyə icazə verilib. Əgər onlar indi bunun yolverilən hərəkət olduğunu düşünürlərsə, böyüyəndə necə davranacaqlar?"

Hesabatda nə var?

Qadın haqları və azadlığı komitəsinin başçısı Maria Miller deyib: "Qadınlar hesab edirlər ki, riskli vəziyyətlərdən qaçmaq onların vəzifəsidir. Bu, qadınları qeyri-bərabər mövqedə saxlayır".

Hesabat müəllifləri tərəfindən aparılan sorğunun suallarını cavablandıran qadınlar və qızlar qarşılaşdıqları təcavüzün müxtəlif formaları barədə danışıblar: bar və ya klubdakı zorakılıqdan tutmuş, ətəkaltı foto və ya video çəkmək cəhdinə qədər.

Böyük Britaniyanın "Plan UK" ictimai təşkilatının tədqiqatına əsasən, təcavüzün ən geniş yayılmış növlərindən biri küçədə fitə basmaq olub.

Zorakılıq seksual zorakılıq Böyük Britaniya

"Gündəlik davam edən bu təcavüz ona məruz qalmamış şəxslər üçün görünməz ola bilər.

Qadınların və qızların cinsi təcavüzə məruz qalması bizim mədəniyyətdə elə möhkəmlənib ki, bu, hətta gözümüzün qarşısında baş verən zaman belə, biz onu görmürük", hesabatda deyilir.

Koalisiyanın sifarişi ilə 2016-cı ildə YouGov tərəfindən keçirilən "Qadınlara qarşı təcavüzə son!" sorğusunun nəticələrinə görə, qadınların 64 faizi ictimai yerlərdə arzu olunmayan cinsi xarakterli diqqət hiss etdiklərini söyləyiblər.

Yaşı 18-24 civarında olan qızlar arasında bu rəqəm daha çox - 85 faiz təşkil edib.

2013-cü ildə "Transport for London"un keçirdiyi sorğuda qadınların 15 faizi son 12 ay ərzində Böyük Britaniya paytaxtında - ictimai nəqliyyatda təcavüzə məruz qaldıqlarını söyləyiblər. Onlar arasında yalnız on nəfərdən biri polisə müraciət edib.

Nəqliyyatda təcavüz müxtəlif formalarda özünü göstərib. Bu, metronun izdihamlı vaxtlarında qadınların intim yerlərinə toxunmaq cəhdləri, axşam saatlarında yarıboş avtobuslarda qadınların gözü qarşısında masturbasiya ilə məşğul olmaqdır.

Hesabat müəllifləri ictimai yerdə mobil telefonda porno roliklərə baxışı da təcavüzə aid ediblər.

2014-cü ildə keçirilən daha bir araşdırmada bar və klublardakı təcavüz halları nəzərdən keçirilib. Belə yerlərə davamlı gedən 18-24 yaş arasındakı qadınların 63 faizi, kişilərin 26 faizi getdikləri bar və klublarda təcavüzlə qarşılaşdıqlarını deyiblər.

Hesabat müəlliflərinin fikrincə, barlarda təcavüz yazılmamış qanunların bir hissəsi hesab edilir və ona görə də ictimaiyyət tərəfindən müzakirə olunmur.

Bir qadın kişilərin təcavüzündən fiziki olaraq qorunan zaman bardan necə qovulduğunu təsəvvür edib. "Mühafizəçi mənə dedi ki, düzdür o, (zorakılıq edən şəxs-red.) çox irəli gedib, amma bu, sənə zorakılıq haqqı vermir", - qadın deyib.

Hansı nəticələr var?

Təcavüzün vurduğu psixoloji zərər çox ciddi ola bilər. Zərər görən qadınlar və qızlar adətən bara və kluba getməyə və hətta küçəyə belə çıxmağa qorxurlar. Küçəyə çıxarkən isə təcavüzə məruz qalmaq ehtimalının olduğu yerlərdən uzaq marşrut seçməyə çalışırlar.

Ən çox uşaqlıqda yaşanan təcavüz zərərli ola bilər. Hesabatda qadınlardan biri ən pis xatirələrinin məktəbli formasında evə qayıtmasıyla bağlı olduğunu deyib.

Zorakılıq seksual zorakılıq Böyük Britaniya

"Kişilər üçün maşının şüşəsini endirərək məni fitə basmaq və ya ədəbsiz sözlər qışqırmaq normal hal idi", o xatırlayır.

Digər qadın isə 12 yaşından təcavüzə məruz qaldığını söyləyir. Hesabat müəlliflərinin qeyd etdiyinə görə, qadınlar təcavüzə məruz qaldıqları üçün tez-tez özlərini günahlandırır və səbəbi özlərində axtarırlar.

Kim təcavüz edir?

Hesabat 2016-cı ildə Böyük Britaniyada, Meksikada və ABŞ-da minlərlə kişi arasında sorğu keçirən Braziliyanın Promundo təşkilatının araşdırmasına istinadən hazırlanıb. Araşdırma müəyyən edib ki, təcavüzə meyillilik gənc yaşlarında formalaşır.

Rəyi soruşulan hər üç kişidən biri son bir ay ərzində ictimai yerdə və ya internetdə tanımadıqları qadınların və qızların ünvanına cinsi məzmunlu uyğunsuz şərhlər yazıblar. Bu gənc insanlar müxtəlif məbləğdə gəlir vergisi ödəyiciləridir, üstəlik təhsillidirlər.

Kişilər arasında təcavüzə meyilliliyi müəyyənləşdirmək üçün ən yaxşı yol respondentlərin "əsl kişi necə olmalıdır" sualına münasibətini aydınlaşdırmaqdır.

Respondetlərdən onların "kişi əsəbləşən və qorxan zaman belə güclü olmalıdır" və "əsl kişi heç vaxt seksdən imtina etmir" kimi iddialarla nə dərəcədə razılaşdıqlarını qiymətləndirmələri istənilib.

Məlum olub ki, bu iddialara daha çox dəstək verən kişilər bununla razılaşmayan kişilərdən 10 dəfə artıq təcavüzə meyllidirlər.

Təcavüzlə nə etməli?

Hesabat Böyük Britaniya hökumətinə bir neçə yeni tədbir görməsini təklif edib.

Bura ictimai nəqliyyatda olan zaman insan Wi-Fi-a qoşulursa porno saytlara girişi bağlamaq, qanuni olaraq, intim fotoların icazəsiz göndərilməsini qadağan etmək, təcavüzə qarşı geniş maarifləndirici kampaniyaya başlamaq, bar və klubların, universitet administrasiyasını təcavüzə qarşı mübarizədə daha fəal olmağa məcbur etmək də daxildir.

İstənməyən cinsi diqqət və təcavüz obyekti olanlarla necə davranmalı?

Təcavüzə qarşı Hollaback! Beynəlxalq Hərəkatı etiraf edir ki, bu vəziyyətdə düzgün və ya düzgün olmayan reaksiya yoxdur. Ancaq bir neçə faydalı davranış qaydaları bunlardır:

1. Qəddar olmaq. Sizə təcavüz edənin gözlərinə baxın və onun bu hərəkətini yüksək və aydın səslə qətiyyətlə qınayın.

2. Səmimi səslənən sözləri deyin. Baş verənlərdən utanırmış kimi danışmaqdan və ya buna görə özünüzü günahkar hiss edirsizmiş kimi hissi qarşıdakı şəxsə ötürməkdən çəkinin.

3. Mübahisəni davam etdirməyin. Sizə təcavüz edən şəxs sizi söhbətə cəlb etməklə, mübahisəyə və sizinlə əylənməyə başlaya bilər. Münaqişəyə girmək tövsiyə olunmur. Diqqət onları yalnız ədəbsiz hərəkətlərə təşviq edəcəkdir.

4. Yolunuza davam edin. Lazım olan sözləri dedikdən sonra yolunuza davam edin. Sizə təcavüz edənlər sizin əhatənizdə olmağa layiq deyillər.