Deputatlar bu gün toplanır
20-10-2017 09:17
Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək.
İclasın gündəliyinə ümumilikdə 20 məsələ daxil edilib. Bunlar Mülki Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar, Cinayət, Miqrasiya, Ticarət Gəmiçiliyi məccəllələrinə edilən ddəyişikliklər, həmçinin "Banklar haqqında", "Poçt haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Mədəniyyət haqqında" qanunlara nəzərddə tutulan əlavə və dəyişikliklərdir.