​Deputatın qardaşı haqda ŞOK İDDİA - Vətəndaşın külli miqdarda pulunu mənimsəyib...

Yaxud Elmira Axundova faktlardan niyə qaçır?

Baxış sayı:
6961

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Beləliklə, 22-28 oktayb 2018-ci ildə elektron mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci yeri “Deputat Əsabil Qasımovun qardaşı vətəndaşın 49 min manatını qaytarmır - İTTİHAM” başlıqlı 1 məqalənin 10 elektron KİV-də yayılması ilə deputat Əsabil Qasımov tutur. Mətbuatda ən çox ad hallanan millət vəkilləri siyahısında 2-ci yeri deputat Elmira Axundova “Elmira Axundovanın oğluna qarşı dələduzluq edən şəxs: "Üstümə tapança ilə gəlmişdi"”, “Deputatı sevincək edən üzrün qəbahəti - Elmira Axundova faktlardan niyə qaçır?” başlıqlı 2 məqalənin 4 elektron KİV-də yayılması ilə tutur. Mətbuatda ən çox ad hallanan millət vəkilləri siyahısında 3-cü yeri “Özünü göylə aparan, jurnalistlərin zəngini açmayan deputatlar kimlərdir?- Siyahı”, “Azərbaycanda deputat 400 min manata 2 avtomobil aldı” başlıqlı 2 məqalənin 3 elektron KİV-də yayılması ilə deputat İmamverdi İsmayılov tutur. Muxalifet.az