​Deputatın obyektinə qapı açdırmaq istəyi QALMAQALA ÇEVRİLDİ – Rüşvət skandalı böyüyür

Və yaxud Beyləqanın adı heç bir dəftərdə olmayan deputatını seçicilər niyə axtarır...

Baxış sayı:
13336

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, 19-26 noyabr 2018-ci ildə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci yeri “Adil Əliyev, neft heç vaxt kəndçinin olmadı… sizin oldu!”, “Qaleanonun “deputatları”: müharibə şəraitində məmur talanı olar, acından ölənə kredit yox!!!”, “DEPUTATDAN RÜŞVƏT TƏLƏB EDƏN İCRA BAŞÇISI – Adil Əliyev bu ünvandakı obyektinə qapı açdırmaq istəyib…”, “Adil Əliyev ittihamlara cavab verdi: "Vaxtımı bu dələduz şaykasına sərf etmək istəmirdim, ancaq bunlar məcbur edirlər ki, bizi məhkəmələrdə süründür"” başlıqlı  4 məqalənin 6 elektron KİV-də yayılması ilə deputat Adil Əliyev tutur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan deputatlar arasında 2-ci  yeri “Belə bir deputat da var imiş... - Beyləqanlılar onu axtarır...” başlıqlı  1 məqalənin 3 elektron KİV-də yayılması ilə deputat Şahin İsmayılov tutur.

Nəhayət mətbuatda adı ən çox hallanan deputatlar arasında 3-cü yeri isə “''Aydın Mirzəzadə bizi təhqir etdikdən sonra ''blok''ladı'' (yenilənib)” başlıqlı 2 məqalənin 4 elektron KİV-də yayılması ilə deputat Aydın Mirzəzadə tutur.

Muxalifet.az