Deputatın biznes imperiyası haqda ŞOK AÇIQLAMA - Siyahı

Baxış sayı:
1012

Azərbaycanda məmur-deputat oliqarxların biznes imperiyaları ilə bağlı zaman-zaman məlumatlar yayılır. Amma bu vaxta qədər məmur və deputatların bizneslə məşğul olması qadağan edildiyi halda yayılan xəbərlərlə bağlı heç bir rəsmi açıqlama olmayıb və ya araşdırılma aparılmayıb.

Ən yaxşı halda isə həmin şəxslərin özləri də deyil, yaxın ətrafı bu xəbərləri təkzib etməklə işlərini bitmiş hesab ediblər. Mövzu isə bir neçə gün mediada müzakirə edildikdən sonra unudulub.

Ölkə Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin (MM) deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir.

Bu arada daha bir deputatın biznes imperiyası haqda siyahı yayılıb.

Sosial şəbəkədə yayılan xəbərdə bildirilir ki, Masallıdan seçilmiş Milli Məclisin deputatı Nəriman Əliyev çoxsaylı biznes şəbəkəsinə sahibdir.

Onun sahib olduğu biznesin yarımçıq siyahısı aşağıdakı kimidir:

1. "Ştutqart" mağazalar şəbəkəsi.

2. "Karkaz" avtomobil ehtiyat hissələrinin topdan satış mərkəzi.

3. "Masallı" Konserv Zavodu.

4. İrandan ixrac olunan xurma monopolisti.

5. "Nur - M" şirkəti.

6. Masallı rayonunda "İstisu"da bir neçə istirahət mərkəzi.

7. Masallı kərpic zavodu (Fəxrəddin adlı sahibkarla şərikli).

8. "Karqo" şirkəti və s.

Bütün bu şirkətlərin ay ərzində dövriyyəsi on milyonlarla ölçülür./"Yeni Sabah”/