Deputatı ofisində güllələdilər - UKRAYNADA

Baxış sayı:
647

Ukraynada Ali Radanın deputatı Valeri Davidenkonun meyiti paytaxt Kiyevdə aşkarlanıb.

"Pravda" xəbər verir ki, parlament üzvünün meyitini onun ofisində süpürgəçi aşkar edib. O, başından aldığı güllə yarasından ölüb.

Hüquq-mühafizə orqanları hələlik hadisə ilə bağlı məlumat yaymayıblar.

Bildirək ki, Valeri Nikolaeviç Davidenko 16 mart 1973-cü ildə anadan olub. O, heç bir partiyanın üzvü deyildi.