Deputatdan İranda futboldan uzaqlaşdırılmış azərbaycanlı ilə bağlı təklif

Baxış sayı:
10912

“Traxtor”un oyunçusu Mehdi Bəbri “Barış Pınarı” hərəkatına dəstək məqsədilə “Instagram” səhifəsində türk əsgərinə salam göndərdiyinə görə İranda futboldan uzaqlaşdırılıb və bu paylaşımı silməyə məcbur edilib.
Yeniavaz.com xəbər verir ki, bunu vəkili Fazil Mustafa deyib.
21 yaşlı sağ cinah hücumçusu Türkiyə bayrağını paylaşdığı üçün İran Futbol Federasiyası tərəfindən müvəqqəti olaraq futboldan uzaqlaşdırılıb. Fazil Mustafa həmin futbolçunu Türkiyə klublarına və “Qarabağ”a təklif edib:
“Bu, İranın daxili işi olduğuna görə həmin qərara şərh vermək istəməzdim. İndi buyursun, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan anlamlı bir addım atsın: Türkiyənin öndə gələn klublarına müraciət etsin ki, “Traxtor”un oyunçusu Mehdi Bəbrini yüksək transfer məbləği qarşılığında öz klublarına gətirsinlər.
Tərcüməçiyə ehtiyac duyulmayacaq, çünki bu Mehdi Bəbri də sözbəsöz türk dilində danışacaq və bu ürəklə hamıdan daha çox Türkiyə və türk üçün oynayacaq!!! Bunun türk əsgərinə və bütövlükdə türk millətinə gətirəcəyi mənəvi ruh yüksəkliyini izah etməyimizə gərək varmı? Yeri gəlmişkən, bunu “Qarabağ” da edə bilər. “Qarabağ”ın büdcəsi azdır deyə, bu işi ilk öncə Türkiyə klublarının boynuna qoymaq istədim...”