​Deputat: Ortaq türk dili və ortaq türk əlifbası yaradılmalıdır

Baxış sayı:
7342

Muxalifet.az xəbər verir ki,  oxu.az-ın müxbirinin suallarını akademik, millət vəkili Gövhər Baxşəliyeva cavablandırır:
- Gövhər xanım, bildiyiniz kimi, türk dövlətlərinin inteqrasiyası yönümündə əvvəlki dövrlərlə müqayisədə, son illər çox ciddi addımlar atılmaqdadır. Buna misal kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını (TDƏŞ) göstərmək olar. Bu gün Qırğız Respublikasında TDƏŞ-in növbəti - VI Sammiti keçirildi və türk cümhuriyyətlərinin, o cümlədən Azəırbaycanın dövlət başçısı İham Əliyev də həmin Sammitə qatıldı, çıxış etdi.
Eyni zamanda, bu inteqarasiyanı daha da gücləndirmək üçün müxtəlif ideyalar, təkliflər, çağırışlar səsləndirilir. Onlardan biri ortaq türk dili və ortaq türk əlifbası məsələsidir. Bir alim, bir elm adamı olaraq bu məsələlər barədə nə deyərdiniz?
- Türkdilli dövlətlər arasında münasibətlərin, əlaqələrin gücləndirilməsi, dərinləşdirilməsi çox əlamətdar və sevindirici məsələdir. Buna böyük və zəruri ehtiyac var. Bu inteqrasiyanı dövr, zaman, reallıq özü tələb və diktə edir.
Bu baxımdan, türkdilli dövlətlərin rəhbərlərinin bu istiqamətlərdəki bütün addımları müsbət qarşılanmalı və təqdir edilməlidir. O cümlədən, TDƏŞ-in özü də inteqrasiya yönümündə ortaya qoyulan ən uğurlu formatlardan biridir.
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin açılış nitqində söylədiyi kimi, TDƏŞ-in fəaliyyətinin güclənməsi ortaya çıxan hədəflərə nail olunmasına mühüm töhfə verəcək. Odur ki, TDƏŞ-in son - VI sammitini də müsbət siyasi-tarixi hadisə sayıram.
Hesab edirəm ki, TDƏŞ türkdilli xalqların və dövlətlərin ictimai-siyasi, sosial-iqtisadi həyatında çox mühüm rol oynayacaq, öz müsbət nəticələrini ortaya qoyacaq.