Deputat olmaq istəyənlərin sayı 1047 oldu - MSK AÇIQLADI

Baxış sayı:
1585

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 namizəd müraciət edib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, 299 nəfərin namizədliyi 19 siyasi partiya, 11 nəfərinki təşəbbüs qrupları tərəfindən irəli sürülüb. 1461 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb: “Onlardan 2358 nəfərin namizədliyi artıq təsdiq olunub, 2247 nəfəri isə artıq imza vərəqələrini alıb, onlardan 1772 nəfəri imza vərəqələrini geri qaytarıb. 1047 nəfərin namizədliyi qeydə alınıb. Bu şəxslərdən 480 nəfəri 28 siyasi partiyanın üzvləridir".