Deputat olmaq istəyən 458 nəfərin namizədliyi qeydə alınıb - MSK AÇIQLADI

Baxış sayı:
3604

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2296 namizəd müraciət edib.

Muxalifet.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda bildirib.

MSK sədəri qeyd edib ki, 463 nəfər 19 siyasi partiya, 17 nəfər təşəbbüs qrupları tərəfindən, 1816 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb:

"Onlardan 2146 nəfərinin namizədliyi artıq təsdiq olunub, 2017 nəfəri isə artıq imza vərəqələrini alıb. 774 nəfər imza vərəqələrini qaytarıb. 458 nəfərin namizədliyi qeydə alınıb".