​Deputat MTRŞ-i tədbir görməyə çağırdı: "TƏHLÜKƏLİDİR"

Baxış sayı:
5008

Bu yaxınlarda Milli Məclisdə “Tütün məmulatlarının məhdudlaşdırılması haqqında” qanun qəbul etdik. Həmin qanunda bütün televiziyaların tütünün zərərləri barədə 90 dəqiqə veriliş hazırlamalı olduğu göstərilmişdi. Lakin İTV və AzTV-dən başqa heç bir telekanal bu tələbə əməl etmir.
Bu sözləri millət vəkili Musa Quliyev Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili özəl telekanallarda dərman vasitələri, bioloji aktiv qida əlavələrinin yanlış reklam edildiyini vurğulayıb:
“Milli Televiziya və Radio Şurasının bununla bağlı monitorinq aparmalı, bu barədə mətbuata açıqlama verməlidir.
Bir çox özəl telekanallarda dərman vasitələri, bioloji aktiv qida əlavələrinin qeyri-sağlam reklamına yer verilir. Az qala televizya efirlərindən insanları müalicə edirlər. Elə həkimləri, müalicə üsullarınını reklam edirlər ki, onu adi poliklinika şəraitində kənd həkimi də tətbiq edə bilər.
Həmin reklamlardan belə təəssürat yaradır ki, sanki bütün bu problemlərin həlli bu telekanalların, həkimlərin əlindədir. Bu insanlara kim bu hüququ verib? İnsanların sağlamlığı milli təhlükəsizlik məsələsidir. Reklam haqqında qanunda dəyişiklik edilməlidir ki, hər hansı müalicə üsulu, həkimin reklamına Səhiyyə Nazirliyi rəy versin. Bu, zərərli nəticələrin qarşısını ala bilər.
Xüsusən, bioloji aktiv əlavələrin reklamı daha təhlükəlidir, özü də baha qiymətə satılır. Bunlar yolverilməzdir. Milli Televiziya və Radio Şurası tədbir görməlidir”