Deputat macar spikerlə Qarabağdan danışdı

Baxış sayı:
2404

Millət vəkili Qənirə Paşayeva Macarıstan parlamentinin spikeri Laslo Kover və vitse-spikeri Şandor Lejakla görüş keçirib.
Muxalifet.az xəbər verir ki, görüş zamanı Macarıstan parlamentinin spikeri Azərbaycanla bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələrin və əməkdaşlığın inkişafına böyük önəm verdiyini deyib.
O, Macarıstanda Turan Qurultayı kimi tədbirlərin keçirilməsinin xalqlar arasındakı dostluğun inkişafına töhfə verəcəyinə qeyd edib.
Azərbaycanın Macarıstanla əməkdaşlığın inkişafına böyük önəm verdiyini vurğulayan Qənirə Paşayeva bu istiqamətdə əldə olunan uğurlar barədə danışıb və iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib.