​Deputat Avropa Parlamentinin tədbirlərində iştirak edəcək

Baxış sayı:
2491

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Parlamentinin tədbirlərində iştirak üçün martın 4-dən 8-dək Belçikanın paytaxtı Brüsseldə səfərdə olacaq.
Muxalifet.az-ın Milli Məclisin saytına istinadən verdiyi məlumata görə, millət vəkili qurumda bir sıra deputatlarla, o cümlədən, Avropa Parlamentində yeni yaradılmış “Azərbaycanın Dostları Klubu”nun rumıniyalı üzvləri ilə görüşəcək.
Millət vəkili daha sonra Rumıniya Respublikasının yaradılmasının 100 illiyi münasibətilə təşkil ediləcək tədbirlərə qatılacaq.