Demokratlardan Trampa Tvitter İRADI

ABŞ Senatındakı demokratlar Tvitter fenomeni, ABŞ prezidenti Donald Trampı tənqid edib.
Demokratların lideri hesab olunan Çak Şumer prezidentin Tvitter”dəki paylaşımlarını dayandırıb. vəzifə səlahiyyətlərini yerinə yetirməsi gərəkdiyini dilə gətirib.
Mətbuata açıqlama verən Ç.Şumer onu da qeyd edib ki, prezident sadəcə virtual dünyada yaşayır:
“Tramp Tvitterdə yazmağa son qoymalıdır. Hakimiyyətə gələndən bu günə qədər lider kimi fəaliyyətini görmürük. İşi-gücü elə sosial şəbəkələrdə yazı yazıb ona-buna söz atmaq. Problemləri Tvitterdə qabartmaq yerinə, Amerikanın və vətəndaşların problemleri ilə maraqlansın. Əks halda, əhali onu istəmir."
Ç.Şumer deyib ki, Tramp bu yolla həm özünə, həm də ölkəyə düşmən qazandırır.