Demet Akalın lüks villasından köçməyə qərar verdi - VİDEO

Baxış sayı:
3349

Demet Akalın uzun illər xəyallarını quraraq aldığı villasından vaz keçib.

Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni keçən həftə müsadirə olunan villasından köçür. Sənətçi artıq yeni ev axtarışlarına başlayıb. Əmlakın müsadirə olunmasından sonra 6 illik həyat yoldaşı Okan Kurtdan tək iclasda boşanan Akalın yeni evi üçün 18 milyon TL kredit alıb.

Qeyd edək ki, əmlakın müsadirə olunması prosesində ulduzun Beykoz Acarkentteki lüks villasından çox sayda əşya götürülüb. Televizor, kondisioner, rəsm tabloları və digər əşyaları aparıldığından müğənni yenilərini almağa başlayıb.

Xatırladaq ki, Demet Akalının ərazisi təxminən 1,5 hektar, 7 otağı, 2 zalı olan villasının dəyəri 5 milyon dollardır (təxminən 9 milyon manat).