“Dedim siz nə danışırsız, ciddisiz?..” - FRANSA GENERALI VƏLİƏHDİN İRANA HÜCUM PLANI BARƏDƏ DANIŞIB

Baxış sayı:
6811

“Vaşinqton İranla müharibə istəmir, amma buna hazırdır. Belə bir vaxtda Ər-Riyad da İrana hərbi müdaxilə planı hazırlayıb”,-bu barədə Fransanın “Le Figaro” qəzetinin şərhçisi Jorj Malbryuno yazır.

Müəllif qeyd edir ki, 30 ildir ABŞ-la İran “nə müharibə, nə sülh” mövqeyində dayanıb. Lakin Donald Trampın prezident olmasından sonra vəziyyət dəyişib. Tramp İranla nüvə sövdələşməsindən çıxdıqdan və bu ölkəyə qarşı dalbadal sanksiyalar tətbiq etdikdən sonra indi də regiona “Avraam Linkoln” təyyarədaşıyanını göndərib.

Buna cavab olaraq Tehran “altılar” qrupu ilə nüvə sövdələşməsini qismən dayandırdığını elan edib. Pentaqon bildirir ki, İran ABŞ-ın Yaxın Şərqdəki bazalarını vurmağı planlaşdırır. Bu informasiyanı “Mossad” ötürüb.

Bu təhdidin nə dərəcədə real olmasına baxmayaraq risk artmaqdadır. “Mən İranla müharibəni istisna edirəm, amma Fars körfəzi sularında hadisələrin nəzarətdən çıxması mümkündür”-müəllif fransalı analitikdən sitat gətirir. Bir sözlə, hər iki düşərgə müharibəyə hazırdır.

“Münaqişə halında biz eyni zamanda hər yerdə  olacağıq və qəfil yoxa çıxacağıq , düşmənlərimizi vuracağıq”-İranın İnqilab Keşikçiləri Korpusunun hərbi dəniz qüvvələrinin keçmiş komandanı, kontr-admiral Əli Fadavi deyir.

“Dəniz partizan döyüşünün mərkəzində saatda 65 uzl sürət yığa bilən, yəni Amerika gəmilərindən daha sürətli olan İran katerlərinin neft tankerlərinə pusqudan qəfil hücumları dayanacaq. İran belə katerlərdən çox istehsal edib və onları bütöv qruplar halında işə sala  biləcək. Bu katerlər reaktiv bombalarla və sonuncu nəsil raketlərlə təchiz olunub”-məqalədə deyilir.

Fransa Hərbi Dəniz Qüvvələrinin perspektiv təhqiqatlar Mərkəzinin hesabatında da deyilir ki, İranın onlarla kamikadze-katerləri çox güclü silahlanmış, amma bu cür partizan müharibələrinə hazır olmayan gəmiləri sıradan çıxara bilər. Həmin katerlər Hörmüz körfəzinə minalar düzməklə tankerlərin hərəkətini dayandırar.

“Sualtı minalar düzmək üçün iranlıların kiçik sualtı qayıqları da var, onların heyəti cəmi iki nəfərdən ibarətdir. Bu sualtılar duyun dərinliyində gözləyib təyyarədaşıyan yaxınlaşanda üzə çıxa və ona iki torpedo buraxa bilər”-fransalı analitik deyir.

Məqalədə deyilir ki, Vaşinqton regiondakı müttəfiqlərini-Birləşmiş Ərəb Əmirliklərini və Səudiyyə Ərəbistanını da İrana qarşı sərt addımlar atmağa sövq edir. Həmin ölkələr başa düşürlər ki, ABŞ-dakı növbəti prezident seçkilərinə qədər İran qarşı sürətlə addımlar atmaq lazımdır.

Fransalı hərbçi müəllifə deyib ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və müdafiə naziri Muhammed Bin Salman İrana hərbi müdaxilə planı hazırlayır. Salman generallarına əmr edib ki, belə plan hazırlasınlar.

"Bəli, bu doğrudur. Səudiyyə generalları  bizə bu plan haqda danışıblar. Plana dənizdən hücum doktrinası da daxildir. Səudiyyə Ərəbistanı bizdən İran sahillərinə desant çıxarmaq üçün dəniz nəqliyyat vasitələri istəyiblər. Mən onlara cavab verdim:”Siz ciddi deyirsiz? Axı sizin qarşısınız müharibəni necə aparmaq lazım gəldiyini bilən yüz minlərlə oğlan çıxacaq”

Fransakı hərbçi deyib ki, Tramp, onun “qırğısı” Con Bolton, Əmirliklərdən Muhammed Ben Zaid və Səudiyyədən Salman, üstəlik İsraldən Benyamin Netanyahu “planetlərin təhlükəli paradını” təşkil ediblər. “Mən heç vaxt anti-iran əhvallı bu qədər Yaxın Şərq liderləri görməmişdim”-hərbçi deyib./Virtualaz.org