DÇ-2018: Bu gün İngiltərə, Belçika və İsveç yığmaları mübarizəyə qoşulacaq

Baxış sayı:
1054

Bu gün futbol üzrə dünya çempionatında daha 3 oyun olacaq.
 
Günün ilk matçı F qrupunda baş tutacaq. İsveç millisi Cənubi Koreya ilə qarşılaşacaq.

Xatırladaq ki, qrupdakı digər oyunda gözlənilməz nəticə qeydə alınıb- Meksika Almaniyanı məğlub edib.

Daha sonra isə G qrupunun komandaları mübarizəyə qoşulacaq. Əvvəlcə Belçika Panama, daha sonra İngiltərə Tunislə üz-üzə gələcək. 
18 iyun

F qrupu

16:00. İsveç - Cənubi Koreya
Nijni Novqorod. Şəhər stadionu

G qrupu

19:00. Belçika - Panama
Soçi. “Fişt” stadionu

22:00. Tunis - İngiltərə
Volqoqrad. “Volqoqrad Arena”