DÇ-2018: Azərbaycanla oyun ərəfəsində Almaniyada itki

 
Almaniya yığması Azərbaycan milli komandası ilə bu gün keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı ərəfəsində daha bir futbolçu itkisi ilə üzləşib.
Muxalifet.az xəbər verir ki, hücumçu Yulian Draksler heyətdən çıxarılıb. Fransa PSJ-sində çıxış edən forvardın qripə yoluxduğu açıqlanıb.
Qeyd edək ki, Kayzerslautern şəhərindəki "Frits Valter" stadionunda keçiriləcək Almaniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.