​Dəbdəbəli qəbirüstü abidələrin qoyulmasına icazə verilməyəcək - YENİ QAYDA

Nazirlər Kabineti məzarlıqlar haqqında xüsusi qərar qəbul edəcək.
Muxalifət.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, Nazirlər Kabinetinin qərar layihəsi hazırdır: "Layihə üzərində mütəxəsislər geniş iş aparıblar. Yeni qaydalar mövcud qəbiristanlıqlara deyil, yalnız bundan sonra salınacaq məzarlıqlara aid ediləcək. Əsas qaydalar ondan ibarətdir ki, məzarlıqlarda dəbdəbəli qəbirüstü abidələrin və s. yaradılmasına icazə verilməyəcək".
Dövlət Komitəsinin sədri vurğulayıb ki, bu qaydalar məzalıqlarda bütövlükdə vəziyyəti nizamlamaq məqsədi daşıyır./Trend/