Daxili İşlər Nazirliyində yeni təyinatlar

Baxış sayı:
304

Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub.
Muxalifet.az
“Report”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Dəmir Yolu Nəqliyyatda Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili Muhamməd Xamedov vəzifəsindən azad edilib.
O, həmin idarənin Bakı Yük Stansiyasında Xətt Polis Məntəqəsinin rəisi təyin olunub.
Bakı Yük Stansiyasında Xətt Polis Məntəqəsinin rəisi Hatəm Abdullayev isə Xaçmaz Dəmir yolu Polis Şöbəsinin rəisi təyin edilib.